AZ

Kanserogenləri zərərsizləşdirmək üçün kababı BELƏ YEYİN

Yazın və yaxın zamanda yayın gəlişi ilə kabab sezonu da bir növ açıq elan edilir. Çoxları yalnız tətil zamanı deyil, bütün yay boyu kabab yeməyi sevirlər. Lakin yeyərkən həzz aldığımız bu ləzzət daha sonra kanserogen maddələrin orqanizmimizdə törətdiyi fəsadlarla əvəzlənir.

Bizim.Media xəbər verir ki, alimlərin son araşdırması ilə kababın tərkibində dörd əsas kanserogen maddə aşkarlanıb.

Belə ki, bu ləziz ət qızartmasının tərkibində yüksək bişmə temperaturu ilə əlaqədar olaraq heterosiklik aminlər (HA), akrilamid və lipid peroksidləşmə məhsulları (LPO) əmələ gəlir. Kömür yandıqda, benzopiren kimi güclü kanserogeni ehtiva edən polisiklik aromatik karbohidrogenlər (PAH) buraxır, bu maddə isə tüstü vasitəsilə ət tikələrinə hopur.

Həmin maddələr orqanizmdə xərçəng hüceyrələrinin aktivləşməsinə səbəb olub. Bunun üçün isə yemək zamanı bədəndə qalan kanserogenlərin təsirini neytrallaşdırmaq lazımdır.

Araşdırmalarla məlum olub ki, bəzi qida və içkilər kabab və manqalın tərkibində olan kanserogenlərin təsirini effektiv şəkildə bloklayır.

Bunu tibb elmləri namizədi, qastroenteroloq Konstantin Spaxov belə izah edir: "Qırmızı təbii şərabda ən çox rast gəlinən antioksidantlar qoruyucu təsir göstərir. Onlar həm mədədə, həm də bütövlükdə orqanizmdə kanserogenlərin təsirini zəiflədir. Alkoqolun digər növləri mənim bildiyim qədər bu baxımdan öyrənilməyib. Ancaq yalnız şərab və pivədə çoxlu antioksidanlar var; araqda isə bu tərkib ümumiyyətlə yoxdur”.

Həmçinin trəvəzlərin tərkibindəki antioksidantlar da orqanizm üçün vacibdir, ona görə də onları kababla daha çox yemək məsləhət görülür.

Hımçinin kababla istənilən göyərtinin qəbulu da faydalıdır. Belə ki, göyərtinin tərkibindəki yaşıl piqment olan “xlorofil” maddəsi başqa bir piqmentin, ətin tərkibində olan hem maddəsinin təsirinə qarşı çıxır. Ətə qırmızı rəngi verən də məhz bu “hem” maddədir. Bu maddə isə orqanizmdə xərçəngin inkişafına kömək edən zəhərli maddələr istehsal edir. Odur ki, göyərtini nəinki kabab, bütün ət yeməklərində yemək olduqca faydalıdır.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr