Bakının "Zirə" klubu bu gün tarixində üçüncü dəfə Misli Premyer Liqasının gümüş medallarını qazanıb.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri çempionatın XXXIII turunun açılış matçında öz meydanında "Turan Tovuz"u məğlub edib: 1:0.
Belə olan halda, xalını 67-yə çatdıran "qartallar" son 4 tur qalmış ən yaxın rəqibi "Araz-Naxçıvan" (54 xal) üçün əlçatmaz olub.
Xatırladaq ki, "Zirə" bundan öncə 2016-cı və 2024-cü illərdə gümüş medallara yiyələnib.
2 may
“Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48.
Zirə İK stadionu. Saat 20:00
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov