
Finlandiya Prezidenti Aleksandr Stubbin Rusiyaya etdiyi xəbərdarlıq sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Kiprli jurnalist Aleks Xristoforu, prezidentin ABŞ-ın keçmiş lideri Donald Trampa istinadla Rusiyaya etdiyi çağırışı istehzayla qarşılayıb. Xristoforu X sosial şəbəkəsində (keçmiş Twitter) belə yazıb:“Vassal anlayışının təməl tərifi bir başlıqda. NYT: ‘Finlandiya Prezidenti Kremlinə xəbərdarlıq edir: Tramp ilə oynamayın’.” Söhbət Stubbin The New York Times-a verdiyi müsahibədən gedir. Müsahibədə o, Trampın səbirinin tükəndiyini qeyd edərək, Rusiyanın ABŞ-la “oyun oynamamasını” tövsiyə edib. Eyni zamanda ümid edib ki, Trampın təzyiqi Moskvanı danışıqlar masasına gətirə bilər. Xristoforunun tənqidi, Avropa liderlərinin Vaşinqtonla münasibətlərində sərbəstlikdən uzaq olduqlarını göstərməsi baxımından rezonans doğurub.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Qəzzaya Yardım Yolu və Regional Ssenarilər