Norveçin Monqstaddakı ən böyük neft emalı zavodunda yanğın baş verib.
Bu barədə NRK telekanalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
"Biz xəbəri saat 14:43-də aldıq. Sonra transformatordan tüstü çıxmağa başladı", - deyə yanğınsöndürmə idarəsinin sözçüsü Tore Fanebust bildirib.
Onun sözlərinə görə, həmişəki kimi obyektdən kənarda mühafizə zonası yaradılıb. Hadisə yerində iki yanğınsöndürən maşın işləyir. Ölən və yaralananlar barədə məlumat yoxdur.