AZ

İnterpolun axtardığı İŞİD üzvü Gürcüstanda saxlanılıb Region

İnterpolun

Gürcüstanın Rustavi şəhərində İnterpolun bildirişi əsasında saxlanılan şəxsin adı rəsmi mənbələrdə açıqlanmayıb. Lakin bəzi media orqanlarının məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır və 2014-cü ildə Yaxın Şərqə gedərək İŞİD terror təşkilatına qoşulub. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həmin şəxs döyüş təcrübəsinə malikdir və partlayıcı qurğular sahəsində yüksək ixtisasa sahibdir. Əməliyyat zamanı onun yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sübutlar və elektron məlumat daşıyıcıları götürülüb. Hazırda istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi tərəfindən davam etdirilir.

Diqqət Çəkənlər

Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO

Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib

Qəzzaya Yardım Yolu və Regional Ssenarilər

Seçilən
0
ulusum.az

1Mənbələr