AZ

239 nömrəli məktəbdə 7-ci sinif şagirdi zorakılığa məruz qalıb?VİDEO

7-ci sinif şagirdi sinif yoldaşı tərəfindən zorakılığa məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, iddialara görə, o, öncə döyülüb, daha sonra küt alətlə xəsarət yetirilib. Hadisə paytaxtın Səbail rayonunda yerləşən 239 nömrəli məktəbdə baş verib. Bildirilir ki, şagirdlər dərsdən öncə mübahisə ediblər, daha sonra bu mübahisə davaya çevrilib.

Uşağın valideyninin iddialarına görə, dava nəticəsində döyülən övladının qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb.

Valideynin dediyinə görə, övladını döyən şagird onu digərlərinin yanında təhqir edib.

Seçilən
0
xezerxeber.az

1Mənbələr