BAKI. 2 may. TELEQRAF
"Bu ay yaxşı xəbərlər paylaşa bilərik. Bu yaxşı xəbər Qara dənizdən gələ bilər".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yerli mətbuata açıqlamasında bildirib.
Türkiyədə enerji çatışmazlığının olmadığını deyən nazir Akkuyu AES-in 2028-ci ildə istifadəyə veriləcəyini bildirib: "Türkiyə Macarıstanda neft kəşfiyyatı aparacaq. 2028-ci ilə qədər Sakarya qaz yatağında hasilat dörd dəfə artırılacaq. 2017-ci ildən neft və təbii qaz başda olmaqla yeraltı sərvətlərimizi iqtisadiyyatımıza qatmaq üçün çox mühüm layihələr həyata keçirməyə başladıq. 2020-ci ildə pandemiyanın tam ortasında, Qara dənizdə ən böyük təbii qaz kəşfini həyata keçirdik. Bu gün Sakarya Qaz Yatağı layihəsinin birinci mərhələsini tamamladıq.2026-cı ildə layihənin ikinci fazası üzrə hasilatı iki dəfə artırmaq üçün gecə-gündüz çalışırıq və inşallah 2028-ci ildə hasilatı dörd dəfə artıracağıq"