AZ

Sumqayıtda zavodda faciəVİDEO

Sumqayıtda güclü külək zavodda faciəyə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, ərazidə kərpiç daşımaq üçün dayanmış yük maşınının üzərinə beton hasar aşıb.

"KamAZ"ın sükanı arxasında olan və dünyasını dəyişən şəxs Natiq Haqverdiyevdir. Məlumata görə, mərhum ailəli olub, 4 uşağı var imiş. Özü isə Xızı rayonunda kirayədə yaşayırmış. O, zavoddan kərpiç qırıntısı daşıyaraq satırmış. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ekspertiza təyin olunub, əraziyə mütəxəssislər cəlb edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr