AZ

Basketbol: “Sabah” finalın ilk matçında “Neftçi”ni məğlub etdi

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün final seriyasına start verilib.

Arena.az xəbər verir ki, bu gün həlledici mərhələnin ilk oyunu baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası fasiləyə bir xal öndə yollanıb. 3-cü dövrədə daha yaxşı oynayan “ağ-qaralar” 6 xallıq fərq əldə etsələr də, “Sabah” vəziyyəti öz xeyrinə dəyişə bilib. Hassani Qravett 43 xalla 94:89 hesablı qələbədə böyük rol oynayıb. “Neftçi”nin heyətində isə ən məhsuldar basketbolçu 21 xalla Vante Rose olub.

Azərbaycan Basketbol Liqası
Final, 1-ci oyun
2 may

“Sabah” – “Neftçi” 94:89 (19:15, 17:20, 20:27, 38:27)
Bakı İdman Sarayı.

Seçilən
0
2
arena.az

2Mənbələr