AZ

Robotun mühəndisə hücumu şok etti - ANBAAN VİDEO

Çində "Unitree H1" humanoid robotu sınaq zamanı gözlənilmədən mühəndisə hücum edib.

Publika.az xəbər verir ki, bu hadisənin videosu internetdə yayılıb.

Kadrlarda qarmaqdan asılmış robotun qəfildən aktiv şəkildə qollarını yelləməyə başladığı görünür. O, yaxınlıqdakı şəxsə hücum etməyə çalışır. Onun kəskin və xaotik hərəkətləri robotu idarə edən kompüterin yerə düşməsinə səbəb olub. Lakin bundan sonra da o, işləməyə davam edib.

Robotu yalnız enerji mənbələrindən ayırdıqdan sonra dayandırmaq mümkün olub.

Seçilən
0
publika.az

1Mənbələr