AZ

BMT-də genişmiqyaslı islahatlar nəzərdə tutulur

Birləşmiş Millətlər Təşkilatında genişmiqyaslı islahatların aparılması planlaşdırılır.

APA xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib martın 12-də mühüm islahatların aparılması məqsədini açıqladı. İslahat dedikdə o təkcə pula qənaət etmək deyil, həm də daha səmərəli olmağı nəzərdə tutur.", - Düjarrik deyib.

O, resurslardan istifadənin optimallaşdırılması, köhnəlmiş mandatların və BMT sistemindəki struktur dəyişikliklərinin nəzərdən keçirildiyini bildirib.

Dujarrik işçilərdən təkliflər, o cümlədən qeyri standart ideyalar, istədiklərini, yaxın həftələrdə baş katibin iştirakçı ölkələrə hesabat təqdim edəcəyini deyib.

Seçilən
0
3
apa.az

6Mənbələr