Rusiyanın Voronej vilayətində bir evin 3 sakini dəm qazından zəhərlənib.
Hadisə aprelin 30-da Sovetski rayonu, Deputatskaya küçəsindəki evdə baş verib. Ölənlərin 54-62 yaş arasında olduğu bildirilir. Onların mənzilində tək qaz kəmərinə qoşulmuş su ilə işləyən qaz qızdırıcısından istifadə olunub.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. //Lent.az