AZ

Pakistan Kəşmirə hücumun araşdırılmasını təklif edir

Pakistan nüfuzlu beynəlxalq qurum tərəfindən Kəşmirdəki silahlı hücumla bağlı qərəzsiz araşdırma aparılmasını istəyir. 

Demokrat.az
xəbər verir ki , bu barədə İslam Respublikasının informasiya naziri Attaullah Tarar bildirib.

O bildirib ki, Pakistan bu məsələ ilə bağlı şəffaf, qərəzsiz araşdırma aparmaq niyyətini çox açıq şəkildə ifadə edib.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində dinc sakinlərə silahlı hücum baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar avtomat silahlardan atəş açıb. 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
0
demokrat.az

1Mənbələr