AZ

Tramp administrasiyası ABŞ-nin xarici siyasət xərclərini kəskin azaltmağı təklif edir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası DövlətDepartamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçünayrılan xərcləri 2,46 milyard dollar azaltmağı təklif edir.

Trend xəbər verirki, bu barədə məlumat cümə günü Ağ Evin açıqladığı, 2026-cı maliyyəili üçün nəzərdə tutulan federal büdcə layihəsində yer alıb.

Büdcə layihəsinə əsasən, administrasiya digər ölkələrə iqtisadidəstək və inkişaf proqramlarının maliyyələşdirilməsini dayandırmağıplanlaşdırır ki, bu da xərclərin əlavə olaraq 8,3 milyard dollarazaldılmasına səbəb olacaq.

Hökumət həmçinin beynəlxalq təcili yardım proqramlarına ayrılanvəsaiti 3,2 milyard dollar, səhiyyə və ailə planlaması sahəsindəkiproqramlara ayrılan maliyyəni 6,2 milyard dollar, eləcə də Amerikaərzaqlarının digər ölkələrə çatdırılmasını nəzərdə tutan bəziproqramları ləğv etməklə 1,6 milyard dollar qənaət etməyiplanlaşdırır.

Ümumilikdə, Tramp administrasiyası xarici siyasət xərclərininhazırkı maliyyə ili ilə müqayisədə 83,7 faiz azaldılaraq 9,6milyard dollara endirilməsini təklif edir.

Qeyd edək ki, ABŞ-də yeni maliyyə ili 1 oktyabrda başlayır.

Seçilən
0
2
az.trend.az

3Mənbələr