AZ

Vurğun Əyyub vəfat etdi

Ali məktəbə qəbul üzrə test imtahanlarının yaradıcısı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub  bu gün vəfat edib. Bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.
 
Ali məktəbə qəbul üzrə test imtahanları Azərbaycanda 1992-ci ildə tətbiq olunub. Bu iş Vurğun Əyyubun rəhbərliyi ilə kiçik bir komanda tərəfindən işlənib və Azərbaycanın təhsil tarixində böyük bir inqilab hesab olunmalıdır. Belə ki, həmin hadisəyə qədər ölkə ali məktəblərinə savadlı gənclərin daxil olması qeyri mümkün hala çevrilmişdi.  Bu sistemin tətbiqi ali məktəblərə qəbul zamanı formalaşmış  korrupsiya sistemini çökdürdü. 
 
Bu işindiki Nazirlər Kabinetinin binasında  kişik bir otaqda həyata keçirilirdi. 1993-cüildə hakimiyyət dəyişilərkən Vurğun Əyyub da öz vəzifəsindən istefa verib və onun yerinə Məleykə Abbaszadə təyinat alıb. 
 
Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq.
 
Allah alimimizə rəhmət eləsin!

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr