AZ

Mingəçevirdə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

Mingəçevir, 2 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə qalib komandalara kuboklar təqdim edilib.

Kaneo-kayak növündə birinci yerin sahibi Özbəkistan, akademik növdə isə Gürcüstan olub.

Qalib komandalara mükafatları Azərbaycan Kaneo və Avarçəlmə Federasiyasının baş katibi Fərhad Əliyevlə Mingəçevir şəhər icra hakimiyyətinin baçısı İlham İsmayılov təqdim ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və canlı ifalar tamaşaçılara bayram ab-havası yaşadıb.

Qeyd edək ki, Azərbaycan avarçəkənləri turnirdə 1-i qızıl, 7-si gümüş, 7-si bürünc olmaqla ümumilikdə 15 medal qazanıblar.

Seçilən
0
azertag.az

1Mənbələr