AZ

Papa Fransiskin məzarında kobud yazı səhvi aşkarlandı - FOTO

Papa

📍 Santa-Maria-Macore (Roma) bazilikasında Papa Fransiskin məzar daşında qrafik (vizual) səhv aşkarlanıb. Bu barədə Aleteia portalı məlumat yayıb.⛪ Rəsmi dəfn mərasimindən bir qədər əvvəl ibadətə gələn dindarlar mərmər lövhədəki "Franciscus" adının üzərində düzgün olmayan hərf aralıqlarını müşahidə ediblər.🔠 Xüsusilə "R", "A" və "N" hərfləri arasında həddindən artıq böyük boşluq olduğu vurğulanır. İlk baxışda bu, sadə texniki nöqsan kimi görünə bilər, lakin mütəxəssislər bildirirlər ki, belə səhvlər qədim Roma dövründən bəri mövcud olan epiqrafik (yazı sənəti) qanunlara ziddir.📜 Antik dövrdən qalma qaydalara görə, məzar daşlarında yazı simmetrik, harmonik və ölçülərinə uyğun şəkildə yerləşdirilməlidir. Belə səhvlər həm estetik baxımdan xoş qarşılanmır, həm də tarixi və dini ənənələri pozur.Papa✍️"Ulusum".az

Diqqət Çəkənlər

Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO

Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib

Qəzzaya Yardım Yolu və Regional Ssenarilər

Seçilən
0
ulusum.az

1Mənbələr