
ABŞ prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT-nin sülhməramlı əməliyyatlarını maliyyələşdirməyi tamamilə dayandırmağı təklif edib.
Reyting.az xəbər verir ki, D. Tramp bu əməliyyatları ABŞ üçün səmərəsiz və çox bahalı sayır. Söhbət 1,614 milyard dollardan gedir.
Ağ ev də BMT-nin və digər sülhməramlı missiyaların maliyyələşdirilməsini səmərəsiz hesab edir.
Layihəyə görə, ABŞ tarixən “beynəlxalq sülhməramlı xərclərin qeyri-mütənasib hissəsini ödəyib” və bu, artıq Vaşinqtonun maraqlarına uyğun deyil.
Onu da qeyd edək ki, bu missiyalarla bağlı yayılan sənədlərdə BMT sülhməramlıları, xüsusən də Mərkəzi Afrika Respublikasında qızıl, brilyant və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
ELÇİN