ABŞ ordusu Ukrayna müharibəsinin dron təcrübəsini öyrənmək və bu təcrübəni real döyüş əməliyyatlarında sərgiləmək üçün böyük səy ortaya qoymaqdadır.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, dron təcrübəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilməsi üçün Pentaqon maraqlı üsula əl atıb. Belə ki, ABŞ-ın dəniz piyadalarında dronlardan ibarət bir neçə komandalar yaradılıb ki, məqsəd onlar arasında mütəmadi yarışlar keçirməklə xidmət daxilində yüksək rəqabətliliyi təmin etmək, Ukraynanın dron təcrübəsini daha sürətlə mənimsəməkdir.
Pentaqon hesab edir ki, Ukrayna dron müharibəsi sahəsində bütün dünyada ən qabaqcıl təcrübəyə malikdir. Buna səbəb “aktiv düşmənin sürətli hücumlarının” Ukraynanı dron əməliyyatlarını inişaf etdirməyə məcbur etməsidir. Bu baxımdan ABŞ hərbi rəhbərliyi hesab edir ki, ordu daxilində dron komandalarının yarışları eyniylə müharibədə olduğu kimi, Silahlı Qüvvələrin bu sahədəki inkişafını təmin edə, onun döyüş hazırlığını yüksək səviyyədə saxlaya bilər.
Seymur ƏLİYEV