AZ

ABŞ hərbi xərclərini 1,01 trilyon dollara qədər artıracaq

Vaşinqton 2026-cı ildə müdafiə üçün ayırdığı maliyyəni 2025-ci illə müqayisədə 13% artırmaq qəraına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “TASS” agentliyi xəbər verib.

Məlumata görə, ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır. Bu barədə Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün federal büdcə layihəsində əksini tapıb.

Sənədə görə, Vaşinqton müdafiə xərcinin həcmini 2025-ci maliyyə ili ilə müqayisədə 13% artırmaq niyyətindədir.
Seçilən
0
2
sherg.az

10Mənbələr