AZ

Yıldırım ağacı ikiyə BÖLDÜ

Türkiyədə yıldırım ağaca düşərək onu iki yerə bölüb.

News24.az xəbər verir ki, hadisə Bayburt bölgəsində baş verib.

İldırımın gücü ilə ikiyə ayrılan ağac daha sonra yanmağa başlayıb.

Güclü səs eşidən və nə baş verdiyini anlamağa çalışan vətəndaşlar pəncərələrinə tərəf qaçaraq ağacın yandığını görüblər. Vətəndaşların xəbəri ilə hadisə yerinə gələn yanğınsöndürənlər yanan ağaca müdaxilə edərək yanğını söndürüblər.

Xoşbəxtlikdən oradan heç kim keçməyib və baş verə biləcək fəlakətin qarşısı alınıb. Məhəllə sakinləri güclü partlayış eşitdiklərini və səsdən qorxduqlarını bildiriblər./medianews


Seçilən
0
news24.az

1Mənbələr