AZ

Çilidə Magellan boğazının sahil zonasının təxliyəsinə başlanılıb

Çili hökuməti güclü sualtı zəlzələdən sonra ölkənin cənubundakı Magellan boğazının bütün sahil zonasının təxliyə edilməsi barədə göstəriş verib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, mümkün sunami ilə bağlı xəbərdarlıq zəlzələnin episentrindən 185 mil radiusda yerləşən sahilyanı ərazilərə aiddir. ABŞ Milli Meteoroloji Xidmətinin Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi də bir sıra təhlükəli dalğaların ola biləcəyi barədə xəbərdarlıq edib.

“Maqalyanes regionunda sahil zolağının tam boşaldılmasına çağırırıq”, - Boriç fövqəladə hallar xidmətinin rəsmi xəbərdarlığını açıqladıqdan sonra söyləyib. O, həmçinin vurğulayıb ki, evakuasiya Çilinin Antarktika bölgəsinin yaxın ərazilərini əhatə edir.

Prezident qeyd edib ki, yaranmış vəziyyətə müvafiq reaksiya vermək üçün bütün lazımi resurslar səfərbər olunub. “İndi üzərimizə baş verə biləcək hadisələrə hazır olmaq və səlahiyyətlilərin göstərişlərinə əməl etmək düşür”, - o deyib.

Ölkənin seysmoloji xidmətinin məlumatına görə, 7,5 maqnitudalı zəlzələ Puerto Uilyams şəhərindən 218 km aralıda baş verib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Seçilən
0
1
report.az

2Mənbələr