AZ

Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...


Şakir Ağayev: "Hindistanın Pakistanın suyunu kəsməsi böyük humanitar fəlakətdir"

Pakistanla arasında baş verən gərginləşmə səbəbindən Hindistan bəndlər və kanallar üzərində su axını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq Hind çayından Pakistana su axınını kəsib.

Xarici medianın yazdığına görə, bu, 1960-cı ildə ölkələr arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri görünməmiş hadisədir.

Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.

Hazırda Pakistan və Hindistan arasında olan böyük gərginlik hətta müharibəyə çevrilə bilər.

Terror aktının bəhanə edib Hindistan artıq Pakistana qarşı çox qərəzli və düşməncəsinə hərəkətlər etməyə başlayıb. Qeyd etdiyimiz kimi, hətta Pakistana gələn Hind çayının suyunu da tam şəkildə kəsməyə başlayıb. Halbuki, o su Pakistanın kənd təsərrüfatı üçün əsas su mənbəyidir, əkin sahələrinin suvarılması üçün olduqca əhəmiyyətlidir. Həm də müharibə etmək öz yerində, suyu kəsmək antihumanist addımdır. Bu bir xalqın müharibədə cəzalandırılmasıdır, bu sudan milyonlarla insanlar bəhrələnir. Suyu kəsmək nədir? Bu əslində müharibə qanunlarının, humanitar qaydaların pozulması deməkdir. Hindistan necə humanitar siyasət aparır ki, dinc insanların suyunu kəsir? Hindistanın Pakistanın suyunu kəsməsi dünya üçün də qəbul edilməz olmalıdır.

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə bildirdi ki, Hindistanın bu addımı bütün qaydalara ziddir.

"Hindistanın Pakistanın suyunu kəsməsi böyük humanitar fəlakətdir.

Bu bütün müharibə qanunlarına ziddir, müharibə qanunları bir yana insanlığa ziddir. Hələ müharibə yoxdur, amma Hindistan insanların fəlakətinə səbəb olan addım atıb.

Çox təəssüf olsun ki, müasir dövrdə beynəlxalq hüququn işləmədiyini, humanizm prinsiplərinin taptalandığını görürük. Belə bir vaxtda müharibə edən ölkələr bütün qəbul olunmayan beynəlxalq və insani prinsiplərə zidd əməllərdən, vasitələrdən istifadə edirlər".

Ş. Ağayevin sözlərinə görə,

müharibə də müharibə qanunlarına əməl etməklə aparılmalıdır ki, dinc əhaliyə zərər dəyməsin, insanlar əziyyət çəkməsinlər.

"Təəssüflər olsun ki, bu gün dünyada bütün prinsiplər pozulub. Hindistan Pakistana qarşı əlində olan vasitədən istifadə edir və vaxtilə qəbul olunan qərarları, müqaviləni pozub qeyri humanist, qeyri - insani və beynəlxaq hüquqa zidd addımlar atır" - deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr