Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii SərvətlərZirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar:çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasındaçıxış edib.
Trend bu barədə nazirliyəistinadən xəbər verir ki.
Energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısıkimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, buxüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrininartırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaztədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib. Bildirilibki, Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzitölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsiləAzərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir.
Nazir, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasətqlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına,enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcəkinfrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatıplanlarının reallaşdırılmasına mane olur: “Enerji mənbələrinəsiyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerjistrategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaqvacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdəenerjini israf etmək lüksümüz olmayacaq. Məhz buna görə də bizhazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsiniprioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə startvermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi vəətraf mühitə müsbət töhfə verəcək”.
O da vurğulanıb ki, əgər Avropa böyük qaz tədarükü istəyirsə, buistiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir.Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinatnöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskliola bilər.
“Yaşıl enerji” interkonnektorlarına gəlincə bildirilib ki,Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan vəMərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir. Bu layihələr təkcəregionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlimtəhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerjilayihələridir", - deyə, nazir əlavə edib.
Türkiyənin energetika və təbii sərvətlər naziri AlparslanBayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir,Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirakedib.