Argentinanın cənubundakı Uşuaya şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Argentina və Çilidə hiss olunan zəlzələnin ardından tsunami xəbərdarlığı edilib.
Redaktor.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Uşuaya şəhərindən 219 kilometr cənubda, yerin təxminən 10 kilometr dərinliyində olub.
Təkanlar Argentinanın Rio Qrande şəhərində və qonşu Çilidə də hiss edilib.
Argentina mediasının yaydığı məlumata əsasən, zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi zərər qeydə alınmayıb.
Kənan YUSİF