AZ

Tramp Kremlə qarşı bu addımları atacaq - KİV

ABŞ-da Donald Trampın komandası Rusiyanı sülh danışıqlarına məcbur etmək məqsədilə iqtisadi təzyiqləri artırmaq üçün bir sıra variantlar hazırlayıb. Ajans.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır. Məlumata görə, Tramp hələ yekun qərar verməyib və diplomatik səylər davam edir.

Ukrayna və onun müttəfiqləri "Ağ Ev"i Moskvaya təzyiqi artırmaq üçün Rusiyanın enerji ixracatına əlavə məhdudiyyətlər tətbiq etməyə çağırır. Trampın müttəfiqi senator Lindsi Qraham isə Rusiyadan neft, qaz və uran alan ölkələrə qarşı 500 faiz gömrük rüsumu nəzərdə tutan yeni sanksiyalar paketi hazırladığını açıqlayıb.

Seçilən
0
38
Ajans.az

10Mənbələr