AZ

I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.

"İmişli" autsayder "Qaradağ Lökbatan"ı qəbul edib. 4 qolun vurulduğu matçda ev sahibləri rəqibi üzərində inamlı qələbəyə imza atıb - 3:1.

"Zaqatala" isə öz meydanında MOİK-lə üz-üzə gəlib. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Karvan" isə çempion "Qəbələ"ni sınağa çəkib. Lider görüşdən xalsız ayrılıb. "Karvan" rəqibini 2 cavabsız qolla məğlub edib.

2 may (cümə) 

17:00. “İmişli” – “Qaradağ Lökbatan” 3:1

Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. “Zaqatala” – MOİK 1:0

Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov

Zaqatala OİK stadionu

17:00. “Karvan” – “Qəbələ” 2:0

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov

Yevlax şəhər stadionu

AFFA-dan sərt cəza: 4 oyun

“Zirə” – “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib

“Sumqayıt”dan Suliman qərarı - RƏSMİ

“Zirə” “Turan Tovuz”a qarşı - YENİLƏNİR

Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu

Seçilən
0
1
apasport.az

2Mənbələr