Bakı, 2 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərindəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində valideyn himayəsindən məhrum olmuş 63 uşaq dövlət qayğısı ilə əhatə olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 70 yerlik müəssisə valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün nəzərdə tutulub.
Müəssisəyə qəbul edilən uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılır və sosial reabilitasiyaya cəlb edilirlər.
Onlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlərlə əhatə olunurlar.