AZ

“Manatlıq” taksilər ilə bağlı

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiyasında jurnalistlərin sualları cavablandırılıb. Manatlıq taksilərlə bağlı sualı cavanlandıran DYP-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, onların fəaliyyəti qanunsuzdur. “Bu sürücülər əksər hallarda lisenziyasız fəaliyyət göstərir, vergi öhdəliklərini yerinə yetirmir və yol hərəkəti qaydalarını pozurlar. Manatlıq taksilər ləğv olunmalı, əvəzində rəsmi, sərfəli və təhlükəsiz ictimai nəqliyyat sistemləri gücləndirilməlidir. Dövlət orqanları bu fəaliyyətlərlə mütəmadi mübarizə aparmalıdır”.

Ülkər Abdurahmanlı / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr