İspaniyada elektrik enerjisinin kəsilməsi məişət zorakılığını üzə çıxarıb.
News24.az xəbər verir ki, Ovyedoda polis amerikalı ana və alman ata tərəfindən 4 ildir evdə qapalı saxlanılan 3 uşağı xilas edib.
8 yaşlı əkizlər və onların 10 yaşlı bacısı 2021-ci ildən bəri ilk dəfə günəş işığı görüblər. Uşaqları evə bağlayan valideynlər saxlanılıb.
Onu da qeyd edək ki, evə baxış zamanı uşaq çarpayılarının üzərinə çəkilmiş canavarların şəkilləri və səpələnmiş dərmanlar aşkar edilib. Uşaqların ibtidai məktəb yaşı olmasına baxmayaraq hələ də uşaq bezi taxmalı olduqları və qəfəsə bənzər çarpayılarda yatdıqları müəyyən edilib.
Günel Məlikzadə
