BAKI, 2 may. TELEQRAF
Almaniyanın təhükəsizlik xidməti (BfV) Almaniya üçün Alternativ (AfD) partiyasını “sağçı ekstremist” qrup kimi tanıyıb.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, BfV-nin yoxlamasından sonra Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə tərəfindən verilən açıqlamada “sağçı” partiyanın fəaliyyətinin nəzarətə götürüldüyü qeyd edilib.
Onu da qeyd edək ki, bu addım son illərdə populyarlıq qazanan və fevral ayında parlamentə keçirilən seçkilərdə ikinci yeri tutan AfD-nin qadağası ilə bağlı müzakirələri gündəmə gətirə bilər.