Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti İŞİD üzvünü saxlayıb.
KONKRET.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) İnterpolun axtarışında olan xarici vətəndaşı Rustavi şəhərində saxlayıb. Şəxsin beynəlxalq terrorçu təşkilatda iştirakına görə axtarıldığı bildirilib.
Rəsmi məlumata görə, saxlanılan şəxs 2014-cü ildə Yaxın Şərqə gedərək İŞİD terror təşkilatına qoşulub. Onun döyüş təcrübəsi olduğu və təşkilat daxilində xüsusi əhəmiyyətli fəaliyyətlərə cavabdeh şəxs kimi çıxış etdiyi qeyd olunur.
Hüquq-mühafizə orqanları tərəfindən onun yaşadığı evə baxış zamanı müxtəlif elektron məlumat daşıyıcıları müsadirə edilib.
Qeyd edək ki, İŞİD Rusiya, ABŞ və bir sıra digər ölkələrdə qadağan olunmuş terror təşkilatıdır.
Natiq Səlim
KONKRET.az