"Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək". Bu sözləri açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliyi şərh edərkən deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertfikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər.
Mövzuyla bağlı əmək hüquqları və sosial məsələlər üzrə ekspert Sahib Məmmədov Referans- a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı bir problem var idi. İşçilərin adları işdə qalır sonra onlara ödəniş olunur. Buna görə də qanunvericilikdə dəyişikliyin edilməsi mütərəqqi bir haldır".
Sahib Məmmədov onu da bildirib ki, ümumiyyətlə sertfikasiya məsələsi belədir ki, Əmək Məcəlləsində digər bütün işçilər üç dəfə attestasiyadan keçdikdən sonra artıq təcrübəli işçi sayılır və attestasiyaya cəlb edilmirlər. Sonradan isə əmək məcəlləsinə müəllimlərin və tibb işçilərinin sertfikasiya məsələsini əlavə ediblər və 5 ildən bir bu həyata keçirilir.
"30 il, 40 il işləmiş müəllimi sertfikasiyaya cəlb etmək düzgün deyil. Ona görə də dövlətimiz humanist addımlar atır. Yəni onlar 6 ay iş görmədikləri halda əmək haqları (tarif) saxlanılacaq. Bu isə yaxşı addımdır",-deyə Sahib Məmmədov əlavə edib.
Ləman Xalıqova
Referans