İran ABŞ-ın neft ticarətinə görə tərəfdaş ölkələrə qarşı sanksiya hədələrini və siyasi təzyiqlərini qəbul etmədiyini bildirib. İran XİN-in bəyanatında bu yanaşmanın beynəlxalq hüquqa zidd olduğu və ölkənin milli maraqlarına zərər vurduğu deyilir.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrandan neft və neft məhsulları alan ölkələr ikinci dərəcəli sanksiyalarla üzləşə bilər.
Onlar həmçinin Vaşinqtonla əməkdaşlıqdan kənarda qalacaqlar.
Yeni sanksiyalar paketi ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar fonunda tətbiq olunub.
Tramp administrasiyası 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa etmişdi.
Aynurə İsmayıl
KONKRET.az