AZ

Trampdan dinlə bağlı QƏRAR: Ondan əvvəl heç bir prezident bunu etməyib

ABŞ prezidenti Donald Tramp dini Ağ Evə qaytarmağı hədəfləyən yeni tənzimləmə edib.

Publika.az xəbər verir ki “Kilsə ilə dövlətin ayrılması” prinsipini tənqid edən Tramp dini azadlıq komissiyasının yaradılması haqqında fərman imzalayıb.

O, amerikalı idarəçilərin dindarlıqdan uzaqlaşdığına diqqət çəkib. Qeyd edib ki, din işlərinin dövlətlə birlikdə aparılması lazımdır. Tramp həmçinin Amerika dini dəyərlərinin ictimai quruluşda ən mühüm yer tutduğunu vurğulayıb:

"Əvvəllər Ağ Evdə belə bir şey olmayıb. Heç bir prezident buna icazə verməyib. Onlar deyirlər ki, kilsə ilə dövlətin ayrılması lazımdır. Mən də "Yaxşı, gəlin bunu birdəfəlik unudaq" dedim. Biz dini ölkəmizə qaytarırıq və bu, mühüm məsələdir”.

Trampın bu barədə Ağ Evdə çıxış etdiyi mərasimdə xristian, yəhudi və müsəlman din xadimləri də iştirak edib.

Seçilən
0
publika.az

1Mənbələr