"Başakşəhər"in futbolçusu Kşiştof Pyontek karyerasını Qətərdə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Əl-Sədd" onunla 3 illik müqavilə imzalayacaq. Qətər klubu 29 yaşlı hücumçu üçün "boz bayquşlar"a 10 milyon avro ödəyəcək.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Pyontek 2023-cü ildən "Başakşəhər"də çıxış edir. O, cari mövsüm Super Liqada Osimhendə sonra 20 qolla ən çox qol vuran ikinci oyunçudur.