Hindistan və Pakistan arasında gərginlik artmaqda davam edir. Lakin İslamabad və Yeni Dehli arasında bir sıra diplomatik kanallar hələ də açıq qalır. Bu barədə RİA Novosti-yə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
KONKRET.az xəbər verir ki, son 24 saat ərzində bir çox diplomatik kanallar fəaliyyət göstərib.
Bəli, iki ölkə arasında gərginliyin artdığı açıq-aşkar hiss olunur və bunu inkar etmək mümkün deyil. Amma bu müddət ərzində müxtəlif diplomatik kanallar işə cəlb olunub”, – deyə Tarar vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az