Argentina sahillərində 7,1 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, episentr 58 min sakinin yaşadığı Uşuaya şəhərindən 285 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.