
Britaniyanın məşhur “Maska” şousunun aparıcısı və komediya ustası Coel Dommett London Marafonu 2025 zamanı huşunu itirdiyini bildirib. Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.Onun sözlərinə görə, o, 17-ci kilometrdə özündən gedib və yalnız təcili yardım maşınında ayılıb. Dommett həmin anı xatırlamadığını deyib və ona yardım edən tibb işçilərinə təşəkkürünü bildirib.Buna baxmayaraq, məşhur komik yarışı davam etdirməyə qərar verib və təxminən 6 saat ərzində finişə çatıb. Lakin huşunu itirdikdən sonra o, tempini azaldıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Qəzzaya Yardım Yolu və Regional Ssenarilər