AZ

Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım

Blogger Sergey Sternenkoya hücum edən qadının vəkili Anatoli Yurçenko bildirib ki, müvəkkili günahını etiraf edir və istintaqla işləməyə hazırdır.

XəzərNews.az Ukrayna mediasına istinadla xəbər verir ki, vəkil Yurçenkobu barədə mayın 2-də Şevçenkivski Rayon Məhkəməsinin zalından məlumat verib.

Onun sözlərinə görə, qadını Rusiya xüsusi xidmət orqanları işə götürüb:

“Onlar özlərini Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri kimi təqdim edərək onu vətənə xəyanətə görə şantaj ediblər. Rusiya xüsusi xidmət orqanları qadını Sternenkonun Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB-də) işlədiyinə inandırıb. O, günahını etiraf edir, istintaqla əməkdaşlıq edəcək. O, sona qədər əmin idi ki, onlar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU-nun) əməkdaşlarıdır, o, Ukraynaya işlədiyinə inanırdı", - vəkil Yurçenko bildirib.

Hücum edənin özü isə məhkəmə iclasından bildirib ki, o, Sternenkonu tanımır və onun fəaliyyətini izləmir:

"Əvvəlcə məni qorxutdular, sonra mən bu adama (Rusiya agentinə) aşiq oldum. Viberdə əlaqə saxladıq, onun şəklini görmədim. Sözlərə aşiq oldum", - şübhəli deyib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr