AZ

Suriya İsrailin Dəməşqə endirdiyi zərbələrə REAKSİYA VERDİ

Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əl-Şaraa İsrailin mayın 2-nə keçən gecə Dəməşqdəki prezident sarayının ərazisinə endirdiyi hava zərbələrini təhlükəli eskalasiya hesab edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

“Suriya Ərəb Respublikasının Prezidenti dünənki prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir. Bu təhlükəli eskalasiya deməkdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatla çıxış ediblər. Onlar Suriya paytaxtında prezident sarayının yaxınlığındakı hədəfə hücum barədə məlumat veriblər. Yəhudi dövlətinin nümayəndəsinin bu addımı “Suriya rejiminə açıq siqnal” adlandırılıb.

Seçilən
0
4
publika.az

5Mənbələr