AZ

Müğənni ilə aparıcı arasında canlı yayımda QALMAQAL

Ajans.az xəbər verir ki, aparıcı Mikayılın verilişində qonaq olan müğənni Sevgim gözlənilməz reaksiyası ilə diqqət mərkəzinə düşüb. Veriliş zamanı aparıcı Mikayıl müğənniyə əməkdar artist Yusif Mustafayevlə etdiyi duet barədə sual verib və əlavə olaraq qeyd edib ki, Kəmalə Günəşli də bu yaxınlarda tanınmış reper Qurdla duet ifa edib. Lakin bu müqayisə müğənni Sevgimin narazılığına səbəb olub. Aparıcının sözünü yarımçıq kəsən Sevgim sərt şəkildə etiraz edib: “Bura kimlər gəlib? Kimləri çağırmısan? Bizdən danış, niyə başqasından danışırsan? Onları çağıranda onlardan danışarsan. Niyə onlarla məni bir tutursan? Onları bizlə bir tutma” – deyə bildirərək studiyanı tərk edib. Gözlənilməz vəziyyət qarşısında qalan aparıcı Mikayıl isə cavab olaraq bildirib: “Kimlə səmimi davranırsan, belə edir. Bu, mənim verilişimdir, özüm bilərəm!”

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seçilən
0
1
Ajans.az

2Mənbələr