AZ

Zaparojyeyə dron hücumu: zərərçəkənlərin sayı artır

Mayın 1-i axşam saatlarında Rusiya Zaporojyeyə dronlarla hücum edib. Mayın 2-də səhər saatlarına olan məlumata görə, qurbanların sayı xeyli artıb.

Zaporojya Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, şəhərə azı on zərbə endirilib: “Düşmənin Zaporojyeyə hücumu nəticəsində yaralananların sayı 28-ə çatıb. Ruslar şəhərin mülki infrastrukturuna zərbələr endiriblər. Yaşayış binaları, universitet və infrastruktur obyekti zədələnib”, – Fedorov qeyd edib.

Artıq şəhərdə hava hücumu xəbərdarlığı elan edilib. Bu, düşmənin taktiki aviasiyasının fəaliyyəti ilə bağlıdır. KAB zərbələri təhlükəsi var.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr