Suriya hökumətinin müvəqqəti lideri Əhməd əş-Şara mayın 2-nə keçən gecə İsrailin Dəməşqdəki prezident sarayının ərazisinə endirdiyi hava hücumunu təhlükəli eskalasiya kimi qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun ofisi bəyanat yayıb.
"Suriya Ərəb Respublikasının prezidenti dünən İsrail işğalçı qüvvələri tərəfindən prezident sarayının bombalanmasını ən kəskin şəkildə pisləyir. Bu, təhlükəli eskalasiya deməkdir", - bəyanatda deyilir.