AZ

“Şamaxı”dan legionerinə yeni müqavilə TƏKLİFİ

"Şamaxı" aparıcı futbolçularından daha birini komandada saxlamağı planlaşdırır.
 
Bölgə təmsilçisi Leroy Mikkelslə yola davam etmək istəyir.
 
Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. “Şamaxı” Mikkelsə daha yaxşı şərtlərlə müqavilə təklif edib.
 
Lakin 29 yaşlı futbolçu daha cəlbedici təklif almaq niyyətindədir. 
 
Qeyd edək ki, Leroy komandaya yayda qoşulmuşdu. Onun xidmətində maraqlı olan Premyer Liqa klublarımız da var. Alman futbolçu “Allemaniya Ahen”, “Duysburq”, “Velbert 02”, “Türkgücü Münhen”, “Oberhauzen”, “Spartak(Varna), “Əl-Taraci” klublarında oynayıb.
Seçilən
0
2
moderator.az

3Mənbələr