AZ

Nərimanov Rayon İcra Hakimiyyəti bu şirkəti aldadıb: "Torpaq sahəmizi vermirlər"

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib.

Məsələ ilə bağlı "Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev Publika.az-a açıqlama verdi.

O bildirdi ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction" MMC-nin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı bir şirkətə də ayrılıb:

“Məsələ ilə bağlı Nərimanov Rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib. Biz dəfələrlə təklif etmişik ki, sərəncamda göstərilmiş torpaq sahəsinin verilməsi hazırda mümkün deyilsə, rayonun ərazisində istənilən yerdə, hətta yararsız, zibillik olan ərazidə belə bizim 4,44 ha torpaq sahəmiz verilsin və biz orada binalar inşa edək.

Biz bir sahibkar, iş adamı olaraq, yaşadığımız şəhəri abadlaşdırmaq, gözəlləşdirmək, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaq, ölkəmizə, yaşadığımız şəhərə töhfə vermək məqsədi ilə xarici sərmayədarları cəlb etmişik. Ölkəyə külli miqdarda sərmayə gətirməklə, tərəfimizdən də xeyli vəsait xərcləməklə layihəni uğurla başa vurmağı planlaşdırdığımız halda, Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən aldadılmışıq”.

Hüquqşünas şirkətin hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayıb:

Seçilən
0
3
publika.az

4Mənbələr