AZ

Azadə Hüseynova: Əsas məqsəd Azərbaycanının mətbəx nümunələrinin məlumat bazasını yaratmaqdır

Bakı, 2 may, AZƏRTAC

Layihəmiz Dövlət Turizm Agentliyinin təşəbbüsü əsasında Milli Elmlər Akademiyası ilə birgə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın həm unudulmaqda olan, həm də müasir mətbəx nümunələrini kataloqlaşdırmaq, onların məlumat bazasını yaratmaqdır: “Layihənin icrası prosesində Elmlər Akademiyasının alimləri ilə birgə Dövlət Turizm Agentliyinin, eləcə də Milli Kulinariya Mərkəzinin əməkdaşları regionlara səfər edib, sorğular vasitəsilə bu məlumatı toplayıblar. Bu, daim davam edən bir layihədir. Bildiyimiz kimi, Azərbaycan mətbəxi çox zəngindir. Bu gün onlayn platformada yerləşdirilən məlumatlar bütövlükdə Azərbaycan mətbəxini əks etdirmir. Odur ki, davamlı olaraq Milli Elmlər Akademiyası ilə birlikdə milli mətbəx nümunələrimiz növbəti mərhələlərdə də araşdırılacaq və daim bu onlayn platforma yenilənəcək”.

Seçilən
0
1
azertag.az

2Mənbələr