BAKI, 2 may. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa İsrailin Dəməşqdə Prezident sarayı ətrafına həyata keçirdiyi hava hücumlarını təhlükəli eskalasiya olaraq qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyası bəyanat yayıb.
"Suriya Prezidenti İsrail hərbi qüvvələri tərəfindən Prezident sarayına edilən dünənki bombardmanı ən qəti şəkildə pisləyir. Bu, təhlükəli eskalasiyadır”,- bəyanatda deyilir.