AZ

Pensiyaların verilmə tarixi DƏYİŞİR? - Mayın 9-na qədər...

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq bəzi Possovet ölkələrində pensiyalar bayramdan əvvəl ödəniləcək. Azərbaycanda da vətəndaşlar arasında bu il pensiyaların 9 may tarixindən əvvəl verilməsi ehtimalı müzakirə olunur.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, dəqiq qərar veriləcəyi təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

“Hazırda bu məsələ ilə bağlı dəqiq qərar yoxdur. Bununla bağlı məlumat olduqda bölüşəcəm”.

Qeyd edək ki, əvvəlki illərdə də rəsmi bayram günləri ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilməsi halları müşahidə olunub. 

Aqil Qarayev

Seçilən
0
2
news24.az

3Mənbələr