AZ

AHİK: Gündəlik iş vaxtı 8 saat olmaqla, həftəlik 40 saat təşkil edir – MÖVQE

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) əməkdaşların qanunvericilikdə nəzərdə tutulan iş saatından artıq fəaliyyətə cəlb olunması barədə məlumatlara aydınlıq gətirib.

 

AHİK-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

 

“Nəzərinizə çatdırırıq ki, AHİK-də əməkdaşların iş saatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və həmin Məcəlləyə uyğun olaraq, əməkdaşlarla bağlanan əmək müqaviləsi ilə tənzimlənir. Belə ki, AHİK-də gündəlik iş vaxtı 8 saat olmaqla, həftəlik 40 saat təşkil edir. İş günü saat 09:00-da başlayır və 18:00-da başa çatır. Şənbə və bazar günləri, iş günü hesab edilməyən bayram günləri, həmçinin səsvermə və ümumxalq hüzn günü qeyri-iş günləridir”, — açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 2 May 2025, 17:03   
Seçilən
0
1
pravda.az

2Mənbələr